HAQQIMIZDA

“Azerbaijan Business Area” Azərbaycanın biznes və sahibkarlıq mühitini inkişaf etdirməyə hədəflənmiş müasir platformadır. ABA olaraq, yerli və beynəlxalq səviyyədə fəaliyyət göstərən şirkətləri, sahibkarları və marketinq mütəxəssislərini bir araya gətirir, onlara bilik, şəbəkələşmə və əməkdaşlıq imkanları yaradırıq.

Platformamızın əsas məqsədi – brend inkişafı, innovasiya və biznes düşüncəsinin yayılmasıdır. Bu məqsədlə forumlar, təlimlər, panel müzakirələr və digər tədbirlər təşkil edərək, biznes subyektlərinin potensialını gücləndirməyə çalışırıq. İnanırıq ki, güclü brendlər güclü iqtisadiyyatın təməlidir. Məhz buna görə, ABA təkcə tədbirlər təşkil etmir – həm də ölkədə dayanıqlı və dəyər yaradan biznes ekosisteminin formalaşmasına töhfə verir.

SPİKERLƏR

abd-malik ABD MALİK

BİF25 səhnəsində növbəti spikerimiz “McCann Erickson” reklam agentliyinin kreativ direktoru; Audio-video prodüser və “Parfum Bar” brendinin yaradıcısı ABD Malik olacaq! Keçmiş “Dəyirman” qrupundan yaxşı tanıdığımız spikerimizin bu forumda emosiyanın brenddəki rolu və emosiyasız brendin bazardaki “yeri” mövzusunda iddialı çıxışını izləyəcəyik.

adam yunisov ADƏM YUNİSOV

O, “Baku 2015” Birinci Avropa Oyunlarının loqosunun müəllifi, Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş loqotipin, eləcə də “Türk Dövlətləri Təşkilatı”nın ali ordeni olan “Türk Dünyasının Ali Ordeni”nin dizayn müəllifidir.“Brend və reputasiya” mövzusunda çıxış edəcək Adəm bəy, brend dəyərinin qurulması, reputasiyanın formalaşdırılması və qorunmasının yolları barədə danışacaq!

serife hesenova ŞƏRİFƏ HƏSƏNOVA

Forumumuzun ilk spikeri @pashamalls -un baş marketinq meneceri Şərifə Həsənovadır! Ötən ilki forumda maraqlı çıxışı ilə yadda qalan Şərifə xanım, bu dəfə brendin tək loqodan ibarət olmadığını, brend təkamülündə artıq yeni mərhələnin başladığını bizlərə çatdıracaq!

vefa rustemova VƏFA RÜSTƏMOVA

Brend kominikasiyalar şöbəsinin rəhbəridir. Forumda Brendin ən rəngli parçası – KSM'in reputasiyaya təsiri haqqında çıxış edəcək

Şəbnəm Bağırzadə

Marketinq və brend strateqi Şəbnəm Bağırzadə hazırda “Okee” marketinq agentliyinin təsisçisi kimi fəaliyyət göstərir. “5 il sonra harada olacaqsan” mövzusu ilə çıxış edəcək spikerimiz, şəxsi brendinqlə bağlı bütün suallara aydınlıq gətirəcək.

samir qedirov Samir Qədirov

“SABAH.Hub” icma rəhbəri Samir Qədirov spikerlərimiz sırasında yer alacaq. “Əsas brend “sən”sən!” mövzusunda çıxış edəcək spikerimiz, brendin formalaşmasında əsas amilin insan faktoru olması barədə iştirakçıları məlumatlandıracaq.

chatbox-white

BİLETLƏR

Tələbə Bileti

16 AZN
Rəqəmsal sertifikat
Kofe fasiləsi
Professional foto çəkiliş
Spikerlərlə networking
Konsert proqramı
İndi Al

Standart Bilet

34 AZN
28 AZN 17% ENDİRİM
ƏN POPULYAR
Ön sıralarda iştirak
Rəqəmsal sertifikat
Kofe fasiləsi
Professional foto çəkiliş
Spikerlərlə networking
Konsert proqramı
İndi Al

VIP Bilet

59 AZN
51 AZN 14% ENDİRİM
Ön sıralarda iştirak
Spikerlərlə çay süfrəsi
Rəqəmsal sertifikat
Kofe fasiləsi
Professional foto çəkiliş
Konsert proqramı
İndi Al

TƏRƏFDAŞLAR

ƏLAQƏ

İnşaatçılar prospekti